Fərdi müştərilərin şəxsi məlumatlarının işlənməsinə razılıq

İstifadəçi öz iradəsi və mənafeyi naminə sərbəst hərəkət edərək, həmçinin hüquqi qabiliyyətini təsdiqləyərək, https://www.proyaz.az internet saytında bir sorğu buraxmaqla, fərdi məlumatlarının işlənməsi üçün bu Razılığı (bundan sonra Razılıq) qəbul edir.

FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI VƏ İŞLƏNİLMƏSİ

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu fərdi məlumatların işlənilməsi haqqında Razılıq (bundan sonra «Razılıq»), «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının 11 May 2010-cu il 998-IIIQ №-li (bundan sonra mətn üzrə «Fərdi məlumatların qorunması haqqında» qanun) qanununa uyğun olaraq, «Proyaz» (bundan sonra «Operator») tərəfindən işlənib-hazırlanmış və tətbiq olunmaqdadır.

1.2. Bu Razılıq avtomatlaşdırma vasitələrindən istifadə edilməklə və edilmədən, işlənilməsi üçün qəbul edilmiş fərdi məlumatlarını Operatora ötürmüş fiziki şəxslərin (bundan sonra fərdi məlumat subyektləri) fərdi məlumatlarının işlənilməsinə dair Operatorun siyasətini, qayda və həyata keçirilməsi şərtlərini müəyyənləşdirir, Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasının qarşısının alınmasına, fərdi məlumatların işlənilməsi ilə bağlı bu kimi pozuntuların nəticələrinin aradan qaldırılmasına yönəldilmiş prosedurları təsbit edir.

1.3. Razılıq fərdi məlumat subyektlərinin fərdi məlumatlarının işlənilməsi zamanı hüquq və azadlıqlarının müdafiəsini təmin etmək, həmçinin Operatorun fərdi məlumat subyektlərinin fərdi məlumatlarına çıxışı olan vəzifəli şəxslərinin fərdi məlumatların işlənilməsini tənzimləyən tələb və normalarını yerinə yetirməmələrinə görə məsuliyyətini müəyyən etmək məqsədi ilə işlənib-hazırlanmışdır.

1.4. Fərdi məlumat Subyektinin fərdi məlumatları birbaşa və ya dolayısı ilə müəyyən edilmiş və ya müəyyən edilməli olan fiziki şəxsə aid istənilən informasiyadır.

1.5. Operator aşağıdakı fərdi məlumatların işlənilməsini həyata keçirir:

  • Fərdi məlumat subyektlərinin adı, soyadı, atasının adı;
  • Əlaqə telefonunun nömrəsi;
  • Elektron poçt ünvanı;
  • Olduğu ölkə/şəhər;
  • Oxuduğu və ya bitirdiyi təhsil müəssisəsi, ixtisası;
  • Sifarişin yerinə yetirilmə müddəti;
  • Sair xüsusi və ya biometrik, habelə qanunazidd olmayan fərdi məlumat subyektinin sorğusuna baxılmaq üçün lazım olan əvvəlcədən müəyyənləşdirilmiş məlumatlar.

1.6. Operator fərdi məlumat subyektlərinin fərdi məlumatlarının işlənilməsini aşağıdakı məqsədlərlə həyata keçirir:

  • Konsultasiya və ya məsləhət vermək məqsədi ilə fərdlərdən daxil olan müraciətlərin işlənilməsi;
  • Operatorla Subyekt arasında razılığın icrası, o cümlədən müştərinin sifarişlərinin işlənilməsi və çatdırılması;
  • Operator tərəfindən reklam aksiyalarının keçirilməsi;
  • Poçt göndərişi, elektron poçt, telefon, İnternet şəbəkəsi də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, müxtəlif rabitə vasitələri ilə İstifadəçi ilə birbaşa əlaqə yaratmaqla, Operatorun xidmət və/və ya mallarının və/və ya Operatorun tərəfdaşlarının bazarda irəliləyişi;
  • Operatorun müvafiq tədbirləri qüvvədə olan qanunvericiliyə, Operatorun fəaliyyətinə zidd olmadığı hallarda və fərdi məlumat Subyektinin göstərilən işlənilmə üçün razılığı alındığı təqdirdə, digər məqsədlərlə.

1.7. Operator fərdi məlumat Subyektinin fərdi məlumatlarının işlənilməsini avtomatlaşdırma vasitələrindən istifadə edilməklə və ya edilmədən, istənilən tədbirin (əməliyyatın) və ya tədbirlər məcmusunun (əməliyyatların) həyata keçirilməsi vasitəsilə, aşağıdakılar da daxil olmaqla, həyata keçirir:

  • toplama;
  • qeydiyyat;
  • sistemləşdirmə;
  • yığılma;
  • saxlanılma;
  • dəqiqləşdirmə (yenilənmə, dəyişdirilmə);
  • çıxarış;
  • istifadə;
  • ötürmə (açıqlanma, təqdim olunma, daxil olma), o cümlədən transsərhəd ötürmə (məlumatların transsərhəd ötürülməsinə qadağa qanunvericiliklə təsbit olunduğu hallar istisna olmaqla);
  • depersonalizasiya
  • bloklaşdırma;
  • pozulma (silinmə);
  • ləğv edilmə.

Fərdi məlumatların Operator tərəfindən işlənilməsi Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» 11 May 2010-cu il tarixli, 998-IIIQ №-li qanunu ilə nəzərdə tutulmuş prinsip və qaydalara riayət olunmaqla həyata keçirilir.

2. FƏRDİ MƏLUMATLARIN ALINMASI

2.1. Fərdi məlumat subyektlərinin fərdi məlumatları Operator tərəfindən aşağıdakı vasitələrlə əldə olunur:

  • fərdi məlumat subyektinin Operatorun http://www.proyaz.az elektron saytında qeydiyyatdan keçməsi vasitəsilə;
  • fərdi məlumat subyekti Operatorun http://www.proyaz.az elektron saytındakı vasitələrdən istifadə etməklə, sorğu göndərdikdə;
  • fərdi məlumat subyekti malları Operatorun əlaqə nömrəsi (nömrələri) ilə sifariş etdikdə, habelə telefon zəngi vasitəsilə Operatora fərqli surətdə müraciət etdikdə;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və fərdi məlumatların qorunması haqqında beynəlxalq qanunvericiliyin tələblərinə zidd olmayan digər üsullarla.

2.2. Operator Subyektin fərdi məlumatlarını onun razılığını aldığı andan etibarən əldə edir və işlənilməsinə başlayır.

Fərdi məlumatların işlənilməsinə razılıq fərdi məlumat subyekti tərəfindən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, razılığın alınması faktını təsdiq etməyə imkan verən istənilən formada verilə bilər: yazılı, şifahi və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş istənilən digər formada, o cümlədən fərdi məlumat subyektinin konklyudent tədbirləri yerinə yetirməsi vasitəsilə.

2.3. Fərdi məlumat subyekti tərəfindən fərdi məlumatların işlənilməsinə razılıq fərdi məlumat subyektinin aşağıdakı konklyudent tədbirləri məcmu halında həyata keçirməsi vasitəsilə verilir:

  • Operatorun http://www.proyaz.az elektron saytında qeydiyyatdan keçmə;
  • Qeydiyyatdan keçməzdən əvvəl tanışlıq üçün təklif olunan mətndə nəzərdə tutulmuş həcmdə, qaydada və məqsədlər üçün fərdi məlumatların işlənilməsinə razılıq haqqında müvafiq qeydlərin qoyulması. Razılıq, müəyyən olunmuş qaydada fərdi məlumat subyekti tərəfindən təsdiqlənməsi şərtilə, bu qeydiyyatın baş verdiyi andan etibarən alınmış hesab olunur və subyektin Operatorun saytındakı qeydiyyatını ləğv etdiyi və ya fərdi məlumat subyektinin Operatora fərdi məlumatların işlənilməsinə razılığını bu Razılıqnin 2.4.-cü bəndinə uyğun olaraq geri çəkdiyi anadək etibarlı sayılır.
  • Sifariş telefon vasitəsilə həyata keçirildikdə, fərdi məlumatların işlənilməsinə razılıq fərdi məlumat subyektinin Operatorun əməkdaşları tərəfindən səsləndirilən razılıq mətnini dinlədikdən sonra, fərdi məlumat subyekti tərəfindən şifahi formada təqdim olunur.
  • Fərdi məlumat subyektinin onun fərdi məlumatlarının işlənilməsinə razılığı olmadığı halda, bu cür işlənilmə həyata keçirilmir.

2.4. Fərdi məlumat subyekti istənilən vaxt fərdi məlumatlarının işlənilməsinə razılığını belə bir prosedurun Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozmaması şərtilə geri çəkə bilər. Fərdi məlumat subyektinin fərdi məlumatlarının işlənilməsinə razılığını geri çəkdiyi halda, Operator yalnız Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» qanunu ilə göstərilən əsaslarla, fərdi məlumat subyektinin razılığı olmadan fərdi məlumatların işlənilməsi prosedurunu davam etdirmək hüququna malikdir.

2.5. Fərdi məlumatların işlənilməsinə razılığın geri çəkilməsi qaydası:

  • fərdi məlumatların işlənilməsinə razılığın yazılı formada, habelə Operatorun elektron saytında göstərilən nömrəyə zəng etməklə, konklyudent tədbirlər şəklində geri çəkilməsi üçün, Operatorun olduğu ünvan üzrə yazılı formada müvafiq ərizə ilə müraciət etmək lazımdır;
  • fərdi məlumatların işlənilməsinə Operatorun elektron saytında müvafiq sütunda qeyd qoymaq vasitəsilə konklyudent tədbirlər şəklində verilmiş razılığın geri çəkilməsi üçün, Operatorun http://www.proyaz.az elektron saytında müvafiq sütunu doldurmaq və qeydiyyatın ləğv olunmasını təsdiqləmək lazımdır.

2.6. Fərdi məlumat subyektinin onun fərdi məlumatlarının işlənilməsinə dair razılığını geri çəkdiyi halda, Operator sözügedən geri çəkilmənin daxil olduğu tarixdən 30 (otuz) gündən artıq olmayan müddətdə onların işlənilməsini dayandırmalı və ya bu cür işlənilmənin dayandırılmasını təmin etməlidir (əgər işlənilmə Operatorun tapşırığı ilə digər şəxs tərəfindən həyata keçirilirsə) və fərdi məlumatların saxlanılması onların işlənilməsi məqsədilə artıq tələb olunmadığı halda, fərdi məlumatları ləğv etməli və ya onların ləğvini təmin etməlidir (əgər fərdi məlumatların işlənilməsi Operatorun tapşırığı ilə digər şəxs tərəfindən həyata keçirilmirsə), əgər fərdi məlumat subyektinin benifisiar və ya zamin olduğu müqavilədə, Operator və fərdi məlumat subyekti arasında başqa sazişdə başqa hal nəzərdə tutulmayıbsa, yaxud da Operator fərdi məlumat subyektinin razılığı olmadan, onun fərdi məlumatlarının işlənməsini Azərbaycan Respublikası «Fərdi məlumatlar haqqında» qanununda nəzərdə tutulmuş əsaslarla həyata keçirmək hüququna malik deyilsə.

3. FƏRDİ MƏLUMATLARIN İŞLƏNİLMƏSİNİN QAYDASI VƏ ŞƏRTLƏRİ

3.1. Fərdi məlumatların işlənilməsini Operatorun vəzifə təlimatları və digər sənədlərlə səlahiyyətli əməkdaşları həyata keçirir.

3.2. Subyektlərin fərdi məlumatlarına çıxış səlahiyyəti ancaq Operatorun vəzifə səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar fərdi məlumatlara malik olmaları zəruri olan əməkdaşlarda olmalıdır. Fərdi məlumatlara çıxışı olan əməkdaşların siyahısı Operatorun Baş direktorunun əmri ilə müəyyən edilir.

Yuxarıda göstərilən siyahıya daxil edilməyən əməkdaşların fərdi məlumatlara çıxışı müsbət xarakteristikalı əməkdaşın rəhbərinin – informasiya texnologiyaları üzrə səlahiyyətli şəxs və ya digər səlahiyyətli şəxsin xidməti qeydi əsasında hazırlanmış Operatorun Baş direktorunun əmrinə əsasən həyata keçirilir. Əgər Operator fərdi məlumatların işlənilməsini onun əməkdaşları olmayan üçüncü şəxslərə onların subyektlərin fərdi məlumatlarına çıxışını mümkün edən müqavilələr (və ya digər əsaslarla) əsasında həvalə edirsə, müvafiq məlumatlar yalnız Operatorun tapşırığı ilə fərdi məlumatların işlənilməsini həyata keçirən şəxslərlə müvafiq saziş imzaladıqdan sonra Operator tərəfindən təqdim olunur. Bu sazişdə fərdi məlumatlarla işlənilməni həyata keçirəcək şəxsin fərdi məlumatlarla işlənilmə zamanı gördüyü tədbirlərin (əməliyyatların) siyahısı və işlənilmənin məqsədləri müəyyən edilməli, həmçinin, belə şəxsin fərdi məlumatların məxfiliyinə riayət etməsinə və onlarla iş zamanı fərdi məlumatların təhlükəsizliyini təmin etməsinə dair məsuliyyəti təsbit olunmalı, habelə, Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» qanununun müddəalarına əsasən, işlənilən fərdi məlumatların müdafiəsinə dair tələblər göstərilməlidir.

4. DİGƏR MÜDDƏALAR

4.1. Operator Subyekt qarşısında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

4.2. İnternet-mağaza (və ya web site) aşağıdakı hallarda Subyekt haqqında məlumata dair məsuliyyətdən azad olunur:

  • Məlumat itirilənə və ya açıqlanana qədər ictimailəşdirilmişdirsə;
  • İnternet-mağaza tərəfindən alındığı ana qədər üçüncü tərəfdən alınmışdırsa;
  • Müştərinin razılığı ilə açıqlanmışdırsa.

4.3. Operatorla Subyekt arasında mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll edilir. İddia qaydası məcburidir. Yazılı iddiaya baxılmanın müddəti onun alındığı andan etibarən 30 (otuz) gün təşkil edir.

4.4. Operator fərdi məlumatlar haqqında Razılığa birtərəfli qaydada dəyişikliklər etmək hüququna malikdir.

4.5. Fərdi məlumatların işlənilməsi haqqında yeni Razılıq Operatorun saytında yerləşdirildiyi andan etibarən qüvvəyə minir.